Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA İmza” dövlət qurumları ilə tərəfdaşlığını genişləndirir.



Ədliyyə Nazirliyi ilə aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imza nazirliyə məxsus Elektron Məhkəmə Sisteminə inteqrasiya edib.

Artıq vətəndaşlar e-mehkeme.gov.az portalında şəxsi kabinetinə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.

Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə giriş etmiş vətəndaşlara sistem üzrə bütün əməliyyatları onlayn qaydada həyata keçirmək imkanı təqdim olunur:

– İddia ərizəsi göndərmək;
– Apellyasiya və kassasiya şikayəti göndərmək;
– Mövcud olan işlər üzrə axtarış etmək;
– Məhkəmə sənədləri ilə tanış olmaq;
– Əlavə sənəd və müraciət göndərmək.

“SİMA İmza” ilə sistemə daxil olduqdan sonra sənədlərin imzalanması zamanı təhlükəsizlik üçün biometriya funksionallığından istifadə olunur. Biometriya funksionallığı imza edən şəxsin məhz imza sahibinin özü olub-olmadığını süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdirmək imkanı verir. Bu isə bir şəxsin başqa şəxsin imzasından sui-istifadə hallarının qarşısını alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu