Lukaşenko Çinə işgüzar səfərə gedib


Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasına işgüzar səfərə gedib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus dövlətinin başçısı ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqlar dekabrın 4-də Pekində baş tutacaq.

Gündəliyə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir.

Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu