Aleksandr Lukaşenko Çinə gedib
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq paytaxt Pekindədir.
Səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə A.Lukaşenko arasında görüş olacaq.
Belarusun dövlət başçısının səfəri martın 2-də başa çatacaq.