Stoltenberq: Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müddəti uzadılmalıdır


NATO-nun baş katibi Yens Stoltenberq əlavə yardım və Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün hərbi əməliyyatların dayandırılması müddətinin uzadılmasını istəyir.


“Mən fasilənin uzadılmasını tələb edirəm. Bu, Qəzza xalqına çox ehtiyac duyulan yardımı təmin edəcək və daha çox girovları azad edəcək”, - deyə Stoltenberq jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin deyib ki, İran "öz kuklalarını" cilovlamalıdır. "HƏMAS İran, Suriya və Livanda Hizbullahın daxil olduğu regional ittifaqın bir hissəsidir və ümumiyyətlə ABŞ-ın Yaxın Şərq və İsraildəki siyasətinə qarşı çıxır" - Stoltenberq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu