Fələstin xarici işlər naziri: İsrail fələstinliləri tamamilə məhv etməyə ümid edir


Fələstin xarici işlər naziri Əl-Maliki bildirib ki, İsrail Qəzzadakı münaqişənin bütün müharibələri bitirən son müharibə olduğunu iddia edir. "Onlar fələstinliləri tamamilə məhv etməyə ümid edirlər" - deyə o qeyd edib.


əl-Maliki Çin ərəb və islam ölkələri ilə birlikdə beynəlxalq ictimaiyyəti İsrail-Fələstin münaqişəsinə son qoymağa və Qəzzada humanitar böhranın qarşısını almağa çağırıb.

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibindən ibarət nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik üzrə 5 daimi üzvü ilə səfərinin ilk dayanacağında Çində görüşlər keçirib.

İclasda çıxış edən Fələstinin xarici işlər naziri Əl-Maliki İsrailin Qəzzada fələstinlilərə qarşı "barbar cinayətlər törətdiyini" bəyan edib.

Maliki "Onlar su, elektrik və digər əsas ehtiyacları kəsdilər, köçən hər kəsi öldürdülər, insanları hüquqlarından məhrum etdilər" - deyə bildirib.

İsrailin Qəzzanı mühasirəyə almasına, İordan çayının qərb sahilindəki torpaqları ilhaq etdiyinə və fələstinlilərə qarşı irqi ayrı-seçkilik tətbiq etdiyinə diqqət çəkən Maliki qeyd edib ki, Qəzzada mühasirə oktyabrın 7-də olmayıb: "İsrail 18 il əvvəl Qəzzanı dünyanın ən böyük açıq həbsxanasına çevirib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu