Amazon "Alexa" bölməsində işçiləri ixtisar etdi
ABŞ-ın texnologiya nəhəngi “Amazon”un süni intellekt üzrə köməkçisi “Alexa” bölməsinin bəzi əməkdaşlarının işdən çıxarıldığı bildirilib.
"Amazon"dan verilən açıqlamada, Alexa ilə əldə edilən irəliləyişin ümidverici olduğu və müştərilərin evlərində yarım milyarddan çox cihazla hər saatda on milyonlarla dəfə "Alexa" ilə əlaqə saxladıqları qeyd edilib.
Məhsuldar süni intellektə edilən sərmayələrə diqqət çəkən açıqlamada, şirkətin bəzi səylərinin biznes prioritetləri və müştəriləri maraqlandıran məsələlərə uyğun olaraq dəyişdirildiyi qeyd edilib.
Açıqlamada bu dəyişikliklərin bəzi təşəbbüslərin dayandırılması və bəzi işçilərin vəzifələrinə xitam verilməsi ilə nəticələndiyi bildirilib və işdən çıxarılan işçilərə töhfələrinə görə təşəkkür edilib.
Bu qərarın qəbulu çətin olsa da gələcəyinin nikbin olduğu vurğulanaraq, "Alexa biz irəlilədikcə işimizin vacib bir hissəsi olmağa davam edir və biz vizyonumuzu həyata keçirmək üçün investisiya və yeniliklər etməyə davam edəcəyik" ifadələri işlədilib.
ABŞ mətbuatında yer alan xəbərlərdə "Amazon"un "Alexa" bölməsindən işdən çıxarılanların sayının yüzlərlə olduğu bildirilib.
Xatırladaq ki, рəftənin əvvəlində "Amazon"un oyun bölməsində 180-dən çox adamın işdən çıxarıldığı, bəzi şöbələrin bağlandığı açıqlanmışdı.
Mənbə: AA