Fransada Amazon 32 milyon avro cərimə edildi
Fransada Amazon işçilərinin həddindən artıq müdaxiləsinə görə 32 milyon avro cərimələnib.
Fransa İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasının (CNIL) verdiyi açıqlamada, Amazonda iş fasilələrini diqqətlə ölçən və işçilərin potensial olaraq hər bir fasilə və ya fasiləyə haqq qazandırmaq məcburiyyətində qalmasına səbəb olan sistemin tətbiqinin qeyri-qanuni olduğu bildirilib.
Açıqlamada, komissiya işçilərin fəaliyyətlərini və performansını izləmək üçün "həddindən artıq müdaxilə" olaraq xarakterizə etdiyi sözügedən sistemi quraşdırmaq üçün Amazon.com Inc-i günahlandırıb. Şirkətə 32 milyon avro cərimə kəsildiyi bildirilib və şirkətin işçilərin fəaliyyətini və performansını izləyən skaner sisteminin ənənəvi monitorinq metodlarından fərqli olduğu vurğulanıb.
Açıqlamada komissiyanın sistem tərəfindən toplanan bütün məlumatların və işçilər üçün hazırlanmış statistik məlumatların 31 gün ərzində saxlanmasını həddindən artıq olduğu, Amazon işçilərinin və ziyarətçilərin anbarlardakı video nəzarət haqqında kifayət qədər məlumatlandırılmadığı qeyd edilib.
Qeyd edək ki, Fransadakı Amazon anbarlarında istifadə edilən sistem, işçilərin müəyyən iş addımları arasında fasilələrinin nə qədər uzun olduğunu qeyd etmək üçün bir skanerdən istifadə edir.