İsrailin Tokiodakı səfirliyi yaxınlığında avtomobil barrikadaya çırpılıb


İsrailin Tokiodakı səfirliyinin girişi yaxınlığında avtomobil barrikadaya çırpılıb və 50 yaşlarında bir kişi hadisə yerində saxlanılıb.



Bu barədə yerli KİV-lərdə məlumat yayılıb.

Hadisə şahidlərinin sözlərinə görə, yol avtomobilin parçaları ilə örtülüb. Ona görə də polis əməkdaşları faraları və panelləri zədələnmiş qara rəngli avtomobilin çırpıldığı ərazini bağlayıb.

Fuji TV bir polis əməkdaşının yaralandığını bildirib.

Polis sözçüsü bildirib ki, hazırda məsələ ilə bağlı şərh verə bilməyəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu