Almaniyada avtobanda 40-a yaxın avtomobil toqquşub
Almaniyada Vürzburq şəhəri yaxınlığındakı avtobanda 40-a yaxın avtomobilin iştirakı ilə irimiqyaslı qəza baş verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 27 nəfər yaralanıb.
Polisin məlumatına görə, qəzada 52 yaşlı qadın və iki yaşlı uşaq hadisə yerində dünyasını dəyişib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ötən gün yolun sulu hissəsində qısa müddət ərzində üç qəza baş verib. İlk qəzalar silsiləsində 17 avtomobil iştirak edib.
Bundan dərhal sonra bir neçə yüz metr arxada digər avtomobillər dayanmış avtomobillərə çırpılıb. Toqquşma nəticəsində 3 avtomobil yanıb. Qadın və azyaşlı uşaq dünyasını dəyişib. Təxminən yarım saat sonra üç avtomobilin də iştirakı ilə daha bir qəza baş verib.