Avtomobil partladı, 8 polis əməkdaşı yaralandı

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partladılıb.
AFN.az "Haber Global"a istinadla xəbər verir ki, çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.
Avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb.
Əraziyə xilasedicilər cəlb ediliblər. Yaralıların olduğu bildirilir.
Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.