İranda silahlı hücum nəticəsində 2 polis öldü, 4-ü yaralandı
İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı açdığı atəş nəticəsində 2 polis əməkdaşı ölüb, 4 polis əməkdaşı isə yaralanıb.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Fars vilayətinin Neyriz rayonunda avtomobilin içərisində olan silahlı şəxslər şübhəli avtomobili saxlamaq istəyən təhlükəsizlik qüvvələrinə atəş açıb.
Hücum nəticəsində 2 polis əməkdaşı ölüb, 4 polis əməkdaşı yaralanıb.
Narkotik alverçiləri olduğu deyilən hücum edənlər hadisə yerindən qaça biliblər.