Netanyahu: "Qəzzada dinc insanların ölümünə görə HƏMAS məsuliyyət daşıyır"
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada dinc insanların ölümünə görə İsrailin deyil, HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.
Netanyahu, Fransa prezidenti Emmanuel Makronun "Qəzzaya hücumlarda mülki vətəndaşların öldüyü və İsrailin hücumlarını dayandırmalıdır" sözlərindən sonra Baş Nazirlikdən yazılı açıqlama verib.
Netanyahu, "Mülki insanlara dəyən hər hansı bir zərərin məsuliyyəti İsrailə deyil, Həmas-a məxsusdur" ifadələrini işlədib.
Terror təşkilatının yüzlərlə israillini vəhşicəsinə qətlə yetirdiyi və 200-dən çox israillini girov götürdüyü üçün İsrail müharibəyə girdi deyən Netanyahu, İsrailin mülki insanlara zərər verməmək üçün əlindən gələni əsirgəmədiyini və onları döyüş meydanlarını tərk etməyə çağırdığı halda, HƏMAS-ın buna mane olmağa çalışdığını bildirib.