Bakı metrosuna büdcədən ayırmalar 30 % artırılır

2024-cü ildə Azərbaycanda sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % çoxdur.