Bakı metrosuna büdcədən ayrılan subsidiya azaldılır


2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcənindən 39,2 milyon manat vəsait ayrılacaq.



AFN xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumata görə, bu məbləğ sərnişindaşıma xidmətlərinə görə subsidiya təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.

Xatırladaq ki, 2020-ci ildə dövlət büdcəsindən “Bakı Metropoliteni”nə 40 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün isə dövlət büdcəsindən 302,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu