Bakıda vətəndaşları üsyana sürükləyən tikinti şirkətləri - zorakı üsullar, aldatmalar...


Ekspert: “İnsanları məcburən razı salmaq üçün yaşayış olan binanın sökülməsi, qəsdən qəzalı vəziyyətə salınması qeyri-qanunidir”



Bakıda uzun illərdir ənənə halını almış, çarəsi hələ də tapılmayan problem mövcuddur: tikinti şirkətləri paytaxtda yeni yaşayış binaları inşa edərkən qanun-qaydaları ayaqlar altına atır və faktiki olaraq daha çox zorakı üsullara əl atırlar.

Sosial şəbəkələrdə, mediada son vaxtlar belə hallar barədə çoxsaylı şikayətlərə rast gəlinir. Məsələn, hazırda Nəsimi rayonu, Mirəli Qaşqay, Xan Şuşinski, Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində “İnvest Construction” MMC adlı şirkət binalar tikməyə hazırlaşır. Yayılan videolardan, müraciətlərdən belə aydın olur ki, MMC vətəndaşlarla razılaşmadan, müqavilə bağlamadan gecə ilə, hətta mənzillərin bəzisində yaşayış olduğu halda binaları söküb. Oxşar hadisə Nəsimi rayonunda İmran Qasımov küçəsində də baş verib.

Habelə hazırda “İnşaatçılar” metrostansiyası ətrafında da köhnə binaların sökülməsi narazılıqlarla müşayiət olunur. Mülkiyyət hüquqları pozulan vətəndaşları isə MMC-lərin görüm-baxım etdikləri icra strukturları görməzdən gəlir. Nəticədə, hazırda Azərbaycandan yüzlərlə vətəndaş Avropa Məhkəməsinə şikayətlər verib və bunlar istisnasız olaraq ölkəmizə qarşı qətnamələr çıxarılması ilə nəticələnir. MMC-lərin özbaşınalığı faktiki olaraq dövlətin nüfuzunu zədələyir. Odur ki, tikinti şirkətləri ilə bağlı ölçü götürülməsi vacibata çevrilib.

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, 2016-cı ildən 86 saylı sərəncamla istismar müddətini bitirmiş və xüsusilə qəzalı vəziyyətdə olan binaların pilot layihələr üzərindən sökülərək yeni binalarla əvəzlənməsi prosesinə start verilib. Ekspert hazırda Bakı şəhərində çox sayda qəzalı kimi qeydə alınan köhnə çoxmərtəbəli yaşayış binası olduğuna diqqət çəkdi: “Söküntü prosesini dövlət təşkilatları deyil, özəl şirkətlər - MTK, MMC-lər aparır. Vətəndaşın mənzilə aid çıxarışı varsa, yaxud vətəndaş uzun illər mənzildə yaşayıbsa, mülkiyyət hüququ formalaşır. Mülkiyyət hüququ toxunulmazdır. Aidiyyəti qurum qəzalı bina olduğu barədə rəy veribsə, söküntü mütləq aparılmalıdır. Söküntü prosesində vətəndaşın mülkiyyət hüququna toxunulmur. Onlara ya kompensasiya ödənilir, yaxud sökülən yaşayış massivinin yerində tikilən yeni binadan mənzillə təmin olunurlar. Yaxud yeni tikilən binada mənzil verilən günə qədər vətəndaşa kirayə pulu ödənilir. Vətəndaşlar ümumi sahəsi əvvəlki mənzilinin sahəsindən təxminən 20 faiz artıq olan tam təmirli mənzillərlə təmin olunurlar. Bəzi hallarda tikinti şirkətlərinin də özbaşınalığı qeydə alınır. Bəzi hallarda isə sakinlər tərəfindən tikinti şirkətlərinə qarşı müəyyən haqsızlıqlar baş verir. Rəqəmlə ifadə etsək, əgər vətəndaşın ümumi sahəsi 50 kvadrat metrdirsə, qanunla ümumi sahəsi 60-65 kvadrat metr olmalı olduğu halda, onlar məhkəməyə müraciət edir, yaxud mənzildən çıxmayaraq 100, 150, 200 kvadrat metrlik mənzil qiymətinə bərabər məbləğ tələb edirlər ki, bu da tikinti şirkətlərinə maneə yaradır. Belə deyək, bu kimi hallar hətta tikinti şirkətlərinin müflis olması ilə nəticələnə bilər. Belə problemlər hər zaman olub, yəqin ki, gələcəkdə də olacaq. Bunun qarşısını almaq üçün tikintiyə icazə verən aidiyyəti dövlət qurumları söküntü zamanı mütləq vətəndaşlarla görüş keçirməlidir. Bu görüşü dövlət qurumları təşkil etməli, vətəndaşlara zəmanət verməli, onların hüquqlarını izah etməlidir. Əgər bu kimi məsələlər məhkəmə predmetinə çevrilərsə, aylar, hətta illərlə yubana bilər. Bu, digər evləri sökülmüş və köçmüş insanların hüquqlarının pozulması ilə nəticələnə bilər, həmçinin tikinti şirkətlərinin evləri sökülən vətəndaşlar qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə nəticələnir. Problemlərin qarşısının alınması üçün tikintiyə icazə verən qurumlar vətəndaşlarla danışıq aparmalıdır”.

Natiq Cəfərli: “ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmin an “sətəlcəm” olur” Pravda.az


İqtisadçı Natiq Cəfərli isə digər ölkələrin təcrübələrinə diqqət çəkərək bina hazır olmadan satışın həyata keçirilmədiyini bildirdi: “Gürcüstanda, Türkiyədə də bina tam hazır olmadan satışın həyata keçirilməsi qadağandır. İlkin müqavilələrin imzalanması mümkündür, satış isə bina hazır olduqdan sonra həll edilir. Önəmli olan həm də təmirsiz binaların satışının qadağan edilməsidir. İlkin təmirsiz mənzil satıla bilməz. Bu məsələlər qanunvericilik çərçivəsində həll olunmalıdır. Vətəndaşların hüquqları məhkəmə predmeti olursa, təmin oluna bilər. İndiki vəziyyətdə başqa yollar üçün hələ ki qanunvericilikdə baza yoxdur. İcra strukturları təəssüf ki, belə məsələlərdə vətəndaşın yanında yer almırlar, çünki tikinti şirkətlərinə lisenziyaların verilməsi məhz onlar tərəfindən tənzimlənir. Bu kimi hallarda cəza mexanizmləri var, amma müxtəlif səbəblərdən göz yumulur”.

İbrahimxəlilova: "Qanuni oğrulara hörmətin səbəbi pul və uğurdur" - 27.10.2017, Sputnik Azərbaycan


Hüquqşünas Ramella İbrahimxəlilova “Yeni Müsavat” a mövzunu belə şərh etdi: “Vətəndaşlarla razılaşmadan, müqavilə bağlamadan gecə ilə, hətta mənzillərin bəzisində yaşayış olduğu halda binaların sökülməsi hallarında vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Sağlamlığa zərər dəyməsi, ictimai asayişi pozma kimi hallarda ekspertiza təyin olunur. Digər tərəfdən, gecə saatlarında tikinti və söküntü aparıla bilər, çünki digər qərarla ağırtonnajlı nəqliyyat vasitələri şəhərə axşam saat 8-dən sonra daxil ola bilər. Heç bir tikinti şirkətinin ev sahibi ilə razılığa gəlmədən söküntü işləri aparmağa ixtiyarı yoxdur. Bununla bağlı son zamanlar məhkəmə işləri artıb. Elə şirkətlər var ki, kompensasiya yox, tikiləcək binadan mənzil təklif edir. Lakin vətəndaşlar zamanı nəzərə alaraq gözləmək istəmirlər. Bu halda əmlak bazarına uyğun qiymətlər nəzərə alınmalıdır. Hər bir halda vətəndaşları məcburən razı salmaq üçün yaşayış olan binanın sökülməsi, qəsdən qəzalı vəziyyətə salınması qeyri-qanunidir. Hətta bir ailə qalsa belə, bina sökülə bilməz. Hazırda dövlət ev tikmir. Özəl şirkətlərin iştirak etdiyi tenderləri isə dövlət qurumları təşkil edir. Yəni vətəndaş qarşısında hər iki tərəf məsuliyyət daşıyır və hər iki tərəf vətəndaşı razı salmağa məcburdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu