Aİ Ukraynanın silah arsenalının genişləndirilməsinə çağırıb


Avropa Parlamentinin (AP) Hollandiyadan olan üzvü Bart Grootuis Avropa Şurasına (AŞ) müraciətində bildirib ki, Avropa İttifaqı (Aİ) Avropa missiyaları tərəfindən müsadirə edilən silahları Ukraynaya təhvil verməlidir.


Bu barədə onun parlament sorğusunun mətnində bildirilib.

Bart Grootuis bu yaxınlarda Liviyaya göndərilən qeyri-qanuni yüklərin ələ keçirildiyini qeyd edib. Bildirib ki, onların tərkibində 150-yə yaxın zirehli maşın olub. "Müsadirə olunan avtomobillərin necə zərərsizləşdiriləcəyi və hara göndəriləcəyi məlum deyil" - deyə hollandiyalı deputat bildirib.

Bununla bağlı o, Avropa Şurasına "EUNAVFOR MED IRINI" əməliyyatı zamanı ələ keçirilən texnikanın taleyi ilə bağlı sual verib və həmçinin Avropa missiyaları tərəfindən müsadirə edilmiş silahların Kiyevə ötürülməsinin planlaşdırılıb-qaldırılmaması ilə bağlı müzakirələrin olub-olmaması ilə maraqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu