Türkiyə XİN: "AŞPA-nın qəbul etdiyi qətnamə qəbuledilməzdir”


“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə əleyhinə qəbul etdiyi qətnamə qəbuledilməzdir”.



AFN.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, AŞPA 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib: “AŞPA bununla məhkəmə proseslərini siyasiləşdirir və dialoq kanallarını bağlamağa çalışır. Bu, AŞPA-nın əsas prinsipi olan demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq”.

Vurğulanıb ki, Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu