AŞPA Rusiya nümayəndə heyətinin sessiyada iştirakına icazə verdi


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə dair qətnamə qəbul edilib.



"Report"un Fransa bürosu xəbər verir ki, sənədə əsasən, Rusiya nümayəndə heyəti qurumun sessiyalarında iştirak edə biləcəklər.

Qətnamə avstriyalı deputat Stefan Şennak tərəfindən hazırlanan hesabat əsasında qəbul edilib.

Sənəddə Rusiya ilə AŞPA arasında insan hüquqları və digər məsələlərin yaxşılaşdırılması məqsədilə dialoqun davam etdirilməsi tövsiyə olunur. Rusiya Federasiyası ona verilmiş tövsiyələrin həyata keçirilməsi məqsədilə əsaslı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu