HƏMAS 2022-ci ildən İsrailə hücum hazırladığını etiraf edib


Fələstinin radikal HƏMAS hərəkatı 2022-ci ildən İsrailə hücuma hazırlaşdığını etiraf edib.


AFN.az xəbər verir ki, bu barədə qruplaşmanın hərbi qanadının nümayəndəsi Əbu Obeyda danışıb. O qeyd edib ki, təşkilat öz niyyətlərini gizlədib və vaxtından əvvəl qarşıdurmanın qarşısını alaraq neytrallıq illüziyası yaradıb.

Obeyda bu strategiyanın son dərəcə uğurlu olduğunu vurğulayıb. İndi İsrail nəticə çıxarmaqdansa, uğursuzluqları ört-basdır etmək üçün qan tökməyə əl atmalıdır.

Qrupun sözçüsü əlavə edib ki, HƏMAS gizli şəkildə 4500 döyüşçünü cəlb etməyi bacarıb, ona görə də təşkilat İsrail ordusunun quru əməliyyatı da daxil olmaqla istənilən ssenariyə hazırdır.

“İsrail belə addımlar atsa, biz düşmən üçün əhəmiyyətli itkilərə səbəb olacaq yeni tədbirlər görəcəyik”, - deyə Obeyda yekunlaşdırıb.

Qrupun nümayəndəsi qeyd edib ki, əməliyyatın son məqsədi Qüdsün əsas müsəlman ziyarətgahı, Əl-Əqsa məscidi və şəhərin özünü ələ keçirməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu