Romalı legionerlərin şərab soyuducusu tapılıb


Bolqarıstanın Nove şəhəri yaxınlığındakı qədim Roma qalasının ərazisində qazıntılar zamanı arxeoloqlar soyuducu kimi istifadə edildiyi ehtimal olunan 2000 illik bir tikili aşkar ediblər.


Elm adamları hesab edirlər ki, Roma legionerləri orada müxtəlif məhsullar - xüsusən də şərab saxlayıblar. İçəridə tapılan keramika qablar da bunu sübut edir.

Əlavə bir soyutma elementi - sağ qalan su kəmərləri sisteminə qoşulmuş qurğuşun su təchizatı da qədim soyuducu haqda ipucu verir. Qrupun rəhbəri, polşalı arxeoloq Pyotr Deyçekin sözlərinə görə, tapılan artefaktlar (şərab qablarının fraqmentləri və yemək qalıqları) Roma əsgərlərinin yeməklərindən birinin sübutudur.

Eramızdan əvvəl 1-ci əsrə aid olan Qala Dunay boyunca sərhədi düşmən basqınlarından qorumaq üçün Roma tərəfindən göndərilmiş 8-ci Avqust Legionu tərəfindən qurulub. Həyati funksiyaları təmin etmək üçün qalaya üç su kəməri çəkilib. Bundan az sonra qalanın yaxınlığında yaşayış məntəqəsi yaranıb. Bizim eranın 250-ci ilində qala dağıdılıb.

Novada uzun illər aparılan qazıntılar zamanı arxeoloqlar çoxlu artefaktlar, qalanın infrastrukturunun qalıqları - qərargah, xəstəxana, hamam, qəbiristanlıq, quyular, habelə onun sakinlərinin istifadə etdiyi məişət əşyaları aşkar edibşlər. Keçən il eramızın 3-cü əsrində Böyük İmperator Konstantinin dövründən bir neçə onlarla sikkə tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu