İngiltərədə qədim yataq böcəyi qalıqları tapıldı


“The Guardian” qəzetinin məlumatına görə, İngiltərədəki arxeoloqlar Northumberland bölgəsindəki Hadrian divarının cənubundakı Roma qarnizonu ərazisində qazıntı işləri aparıblar.



Qazıntıların davam etdiyi ərazidə aparılan araşdırmalar zamanı latınca “Cimex lectularius” kimi tanınan yataq böcəklərinin qədim qalıqları aşkar edilib.

Araşdırmanı icra edən Dr. Andrev Birley belə kiçik həşəratların qədim qalıqlarının tapılmasının çox nadir hadisə olduğunu söyləyib.

İngiltərəyə təmiz su təchizatı sistemi və hamam kimi yeniliklər gətirən romalıların yataq böcəkləri də daşıdıqları aşkar edilib.

Tədqiqatçılar Roma tacirlərinin çoxlu miqdarda paltar, ot və taxıl gətirdiklərini və qurdların 2000 il əvvəl bu yollarla İngiltərəyə gəldiyini düşünürlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu