Şolts Ərdoğanla HAMAS-la İsrail arasındakı gərginliyi müzakirə edəcək


Almaniya Kansleri Olaf Şolts bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.



Bu barədə alman hökumətinin rəhbəri Almaniya Bundestaqında (parlament) çıxışı zamanı bildirib.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə yaxın təmasda olduğunu bildirən Şolts bu gün Türkiyə lideri və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışıqları aparacağını bildirib.

Şolts Misir, Qətər və Türkiyənin İsraillə HAMAS arasındakı gərginliyin azaldılmasında mühüm rol oynaya biləcəyini açıqlayıb.

Həmçinin, qeyd olunub ki, Almaniya hökuməti, regional sülhə və İsrailin təhlükəsizliyinin təmin olunmasına yönələn araşdırma tamamlanana qədər Fələstin ərazilərinə bütün növ yardımları dayandıracaq.//APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu