Putin və Şolts "Azovstal"dan təxliyəni müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefonda Moskva və Kiyev arasındakı danışıqların gedişatını müzakirə ediblər.
TASS-ın verdiyi xəbərə görə, Rusiya lideri danışıqların prosesinin Ukrayna tərəfindən dondurulmasına diqqət çəkib.
Liderlər Ukraynadakı vəziyyətin humanitar aspektlərinə, o cümlədən “Azovstal”da təxliyə məsələsinə də toxunublar.
Rusiya prezidenti və Almaniya kansleri qaldırılan məsələlərin digər kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.