İsrail gecə ərzində Qəzzada yüzlərlə hədəfi vurub


İsrail ordusu gecə ərzində Qəzza zolağında HƏMAS yaraqlılarının yüzlərlə hərbi obyektinə zərbələr endirib.



AFN.az TASS-a istinadən xəbər verir.

Qeyd olunur ki, Qəzza zolağına zərbələr endirməkdə davam edilir. Son saatlarda Qəzza zolağında terror təşkilatlarına məxsus çoxsaylı terror hədəfləri vurulub.

Gecə ərzində onlarla döyüş təyyarəsi Rimal və Xan Yunisdə (Qəzza zolağında) 200-dən çox hədəfə zərbə endirib.

Məumata görə, Rimal və Xan Yunis HƏMAS tərəfindən terror mərkəzləri kimi istifadə olunur və məhz buradan İsrailə qarşı çoxlu sayda terror hücumu idarə olunur.

Bundan əlavə, qırıcı təyyarələr tank əleyhinə raket diviziyasında HƏMAS-a məxsus əməliyyat iqamətgahına, habelə terror təşkilatının yüksək rütbəli rəsmisinin istifadə etdiyi infrastruktura, həmçinin HƏMAS əməliyyatçılarının istifadə etdiyi əlavə əməliyyat obyektinə zərbələr endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu