İsrail ordusu hücumlarda ölən əsgərlərin sayının 73-ə yüksəldiyini açıqlayıb

İsrail ordusu HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında ölən əsgər sayının 73-ə yüksəldiyini açıqlayıb.
İsrail ordusu məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada HƏMAS-ın oktyabrın 7-də başlayan hücumlarında indiyədək 73 İsrail əsgərinin öldüyü, həyatını itirən daha 16 İsrail əsgərinin şəxsiyyət məlumatlarının ailələri və ictimaiyyətlə paylaşıldığı bildirilib.
İsrail ordusu daha əvvəl ümumilikdə 57 əsgərin öldüyünü açıqlamışdı.