İsrail ordusunda həlak olan əsgərlərin sayı 220-yə yüksəlib


İsrail ordusu HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının hücuma başladığı 7 oktyabr səhərindən bəri həlak olan əsgərlərinin sayının 220 olduğunu açıqlayıb.



İsrail ordusundan verilən açıqlamada daha 31 həlak olan əsgərin şəxsiyyətinin açıqlanmasına icazə verildiyini və bu barədə əsgərlərin ailələrinə məlumatın verildiyi bildirilib.

Açıqlamada oktyabrın 7-dən bu yana həlak olan İsrail əsgərlərinin sayının Livan sərhədində baş verən qarşıdurmalarda həyatını itirən iki zabit və bir əsgər olmaqla 220-yə yüksəldiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu