NATO Kosovoya əlavə qüvvələr göndərəcək


NATO-nun Kosovodakı Sülh Qüvvələrinin (KFOR) komandanı general-mayor Ancelo Mişel Ristuçya bildirib ki, Böyük Britaniyadan gələn son əlavə qüvvələrə əlavə olaraq Rumıniya və digər müttəfiqlərdən də yaxın vaxtlarda Kosovoya əlavə qoşunlar gələcək.


Ristuçya Kosovodakı səlahiyyət müddətinin başa çatması münasibətilə paytaxt Priştinada keçirdiyi mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

KFOR-un öz missiyasını yerinə yetirməsi üçün Kosovoda əsgər sayının artırılmasının zəruri olduğunu bildirən Ristuçya qeyd edib: "Böyük Britaniya əlavə qoşunlar yerləşdirir və əlavə qoşunlar Rumıniya da daxil olmaqla digər müttəfiqlərdən gəlməyə davam edəcək. Onlar KFOR-un Kosovada yaşayan bütün vətəndaşlar üçün təhlükəsiz mühiti və hərəkət azadlığını qorumaq üçün BMT mandatını yerinə yetirmək üçün güc, imkan və çevikliyə malik olmasını təmin edirlər".

Balkanlarda yalnız siyasi həllin daimi sülhü təmin edə biləcəyini vurğulayan Ristuçya, KFOR-un Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması məqsədi ilə dialoqa dəstəyini təkrarlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu