Stoltenberq: "Kosovoya daha 700 əsgər göndərmək qərarına gəldik"


NATO-nun baş katibi Yens Stoltenberq Kosovodakı gərginliklə bağlı açıqlamasında “Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik” deyib.


Norveçin paytaxtı Osloda müttəfiq ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kosovo ilə bağlı alınan qərarları mətbuata açıqlayaraq NATO qüvvələrinin Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühiti təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini bildirib:

"Biz Birləşmiş Millətlər Təşkilatının mandatlarına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik. Əlavə ehtiyat qüvvə batalyonunu da hazır vəziyyətə gətirmişik ki, ehtiyac yaranarsa, onlar yerləşdirilsin. Bunlar KFOR-un öz missiyasını yerinə yetirmək üçün lazım olan güc və imkanlara malik olmasını təmin etmək üçün ehtiyat addımlardır”.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu