NATO iyulda Kosovoda hərbi təlimlər keçirəcək
NATO-nun Kosovodakı kontingenti (KFOR) iyulun əvvəlində vilayətin cənub-qərb hissəsində hərbi təlimlər keçirəcəyini elan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 4-6-da ərazidə Böyük Divar təlimləri keçiriləcək.
Manevrlərə yerüstü qurğular və helikopterlərdən istifadə etməklə gecə-gündüz hərəkəti uçuşları daxildir. Təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılmasıdır.
KFOR bildirib ki, manevrlər mülki əhaliyə və səkkiz bələdiyyənin kommersiya fəaliyyətlərinə minimal təsir göstərməlidir.
May ayında özünü elan etmiş Kosovo Respublikasının prezidenti Vyosa Osmani Priştinada NATO-nun ən böyük Defender Europe 2023 manevrləri mərhələsinin açılışını edib və alyansın müttəfiqləri arasında əməkdaşlığı gücləndirməyə çağırıb. Daha sonra Kosovo Müdafiə Nazirliyi ölkənin şimalındakı vəziyyətlə əlaqədar təlimlər çərçivəsində planlaşdırılan tədbirlərin ləğv edildiyini açıqlayıb.