NATO missiyası Kosovonun qərbində təlimlər keçirəcək
NATO-nun Kosovodakı kontingenti (KFOR) sentyabrın 5-7-də vilayətin qərb hissəsində təlimlər keçirəcək.
“Təlimlər “Qərb” çoxmillətli kontingentinin regional komandanlığı tərəfindən əməliyyata hazırlıq prosedurlarına və bölmələrin hazırlığına diqqət yetirməklə keçiriləcək. Bu müddət ərzində KFOR qoşunları və maşınları Kruşevo bölgəsində və Deçani monastırında (Vysokie Deçani) yerləşdiriləcək”, - deyə missiyanın bəyanatında bildirilir.
Təlimlər çərçivəsində ərazidəki əsas və köməkçi marşrutlarda gecə-gündüz manevrlərinin aparılacağı,“ağır mühəndis texnikası ilə hərbi texnikanın kolonlarının nəzərə çarpacağı dəqiqləşib.
NATO hazırda Kosovo və Metohiyadakı mövcudluğunu Sultan Murad hərbi bazasında yerləşən xüsusi təyinatlı batalyon da daxil olmaqla 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasından 500 türk əsgəri ilə gücləndirir. Türklərin amerikalılarla birlikdə NATO qüvvələrinin ən böyük kontingentinə çevriləcəyi və türk zabitinin KFOR kontingentinə komandanlıq edəcəyi gözlənilir.