80 il beyninə batmış iynə ilə yaşadı


Rusiyanın şərqində yaşayan yaşlı qadın bütün ömrünü beynində 3 sm uzunluğunda iynə ilə keçirib.


Tomoqrafiya yoxlamasından sonra vəziyyətin belə olduğunu görən həkimlər 80 yaşlı qadının valideynlərinin uğursuz abort cəhdi səbəbindən bu vəziyyətə düşdüyünü düşünürlər.

Xəstənin vəziyyətinin pisləşəcəyindən ehtiyat edildiyi üçün iynəni çıxarmamağa qərar verilib.

Rusiyanın Saxalin vilayətinin yerli səhiyyə idarəsi bildirib: "Aclıq illərində belə hallar az deyildi. Onun valideynləri yəqin ki, ikinci dünya müharibəsi zamanı əlavə yük olacaq uşadan qurtulmaq qərarına gəliblər. Nəticədə o, doğulduğu gündən 3 sm uzunluğunda iynə ilə yaşayır".

Yerli səhiyyə departamenti xəstənin heç vaxt zədə səbəbindən baş ağrısından şikayət etmədiyini və heç bir təhlükənin olmadığını bildirib: "İynə onun sol parietal hissəsinin içərisinə girib, lakin nəzərdə tutulan effekti verməyib, o, sağ qalıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu