ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq


ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren və müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.


Bu barədə ABŞ prezidenti Co Baydenin açıqlamasında bildirilir.

ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu deyən Bayden bu ölkə ilə əlaqələrin qurulmasının qeyri-qanuni və qeydə alınmayan balıq ovu, iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma, iqtisadi inkişafa və yeni adaların yaradılmasına töhfə verəcəyini deyib.

Bayden Niuenin Sakit Okeanda, o cümlədən regionun davamlı inkişafı, təhlükəsizliyi, dəniz və okeanların qorunması da daxil olmaqla, “kritik və konstruktiv rol” oynadığını qeyd edib. ABŞ prezidenti iqlim böhranı və iqtisadiyyat kimi sahələrdə Niue ilə diplomatik əlaqələrin qurulmasının töhfələrinə diqqət çəkib.

ABŞ-ın Sakit Okean Adaları Forumu (PIF) və Sakit Okean İcması ilə sıx əməkdaşlıqda işləməyi planlaşdırdığını qeyd edən Bayden, Sakit okeanda aktiv və müvafiq tərəfdaş olmaq üçün atdığı addımlardan danışıb.

Bu çərçivədə Bayden, Sakit Okean Adaları üçün ilk milli strategiyanı elan etdiyinə, PİF-ə səfir təyin etdiyinə və ilk ABŞ-Sakit Okean Adaları Sammitini keçirdiyinə diqqət çəkib.

Son zamanlar ABŞ Çinlə rəqabət çərçivəsində Hind-Sakit okean regionunda əməkdaşlığını təkmilləşdirməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu