Kiyev 60 F-16 qırıcısına ehtiyac olduğunu açıqlayıb


Kiyevə döyüş tapşırıqlarını yerinə yetirmək üçün 60 F-16 qırıcısı kifayətdir.


AFN.az xəbər verir ki, bu barədə avqustun 30-da ölkənin Hərbi Hava Qüvvələri komandanlığının müşaviri Yuri İqnat “Obşçestvennoye” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu sayda təyyarə tapşırıqları yerinə yetirmək üçün kifayət edəcək.

Hollandiyanın müdafiə naziri Kays Ollonqren bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotları altı aydan səkkiz aya qədər F-16 qırıcılarında işləmək üçün təlim keçəcəklər. Onun sözlərinə görə, bu ay Danimarkada təlimə başlayan pilotların ilk qrupu 2024-cü ilin fevralına qədər F-16-da işləyə bilməyəcək.

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen ölkəsinin Ukraynaya 19 F-16 qırıcısı təhvil verəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu