Ukrayna pilotları F-16-da təlim keçəcəklər


Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Ukraynadan olan pilotlara yaxın vaxtlarda F-16 döyüş təyyarələrini idarə etmək üçün təlim keçiləcəyini açıqlayıb.


"Biz bunu mümkün qədər tez edəcəyimizə əminik" - deyə o, jurnalistlərə açıqlamasında bildirib. Eyni zamanda, Hollandiyanın xarici işlər naziri təlimin dəqiq nə vaxt başlayacağını dəqiqləşdirmədiyini deyib.

Bu arada Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius vurğulayıb ki, Almaniyanın Kiyevə qırıcı təyyarələrin tədarükü prosesində koalisiyada fəal iştirak etmək üçün hərbi texnika və lazımi imkanları yoxdur.

Danimarkanın baş naziri Mette Frederiksen də F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsini çətin adlandırıb. O, bu məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinə işarə edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyevə F-16 qırıcıları tədarük etmək qərarı Ukraynanın əks-hücumunun nəticələrindən asılı olacaq. O, həmçinin qeyd edib ki, əgər Ukraynada artıq F-16-lar olsaydı, əks-hücum daha ​​sürətli olardı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu