Macarıstan Rusiya qazını “Türk axını” ilə nəql etməyi təklif edir
Rusiyadan Ukrayna üzərindən Macarıstana gələn təbii qaz “Türk axını” boru kəməri ilə göndərilə bilər.
Bu barədə 18-də Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Türk axını" qaz kəmərinin olması çox vacibdir, çünki onun Macarıstana ötürücülük qabiliyyəti 8,5 milyard kubmetrdir və bu, uzunmüddətli müqavilə əsasında Rusiyadan gələn qazın bütün həcmini tam əhatə edə bilər", - deyə o, mətbuat konfransında bildirib.
Rusiyanın “Qazprom” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında qazın nəqli üzrə hazırkı 5 illik müqavilə 2019-cu ilin sonunda imzalanıb. Çatdırılmalar 1 yanvar 2020-ci il tarixindən başlanıb. Bu müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Müqavilənin şərtlərinə görə, beş il ərzində “Qazprom” Ukrayna ərazisindən ən azı 225 milyard kubmetr qaz nəql etməlidir. Bunlardan 65 mlrd. kubmetri 2020-ci il üçün nəzərdə tutulmuşdu və sonrakı illərdə 40 milyard kubmetrin vurulması razılaşdırılmışdı.
Avqustun 16-da Ukraynanın energetika naziri German Qaluşenko Avropa ölkələrinə qaz tranziti müqaviləsinin uzadılması ilə bağlı Rusiya ilə danışıqlardan imtina etdiyini açıqlayıb.