NASA: 2023-cü ilin iyul ayı 1880-ci ildən bəri qeydə alınan ən isti aydır
ABŞ Aerokosmik Agentliyinin (NASA) Nyu-Yorkdakı Goddard Kosmik Tədqiqat İnstitutunun (GISS) alimləri iyul ayında qlobal temperatur rekordunun qeyd edildiyini açıqlayıblar.
NASA-dan verilən açıqlamada 2023-cü ilin iyul ayının NASA qeydlərindəki bütün iyul aylarından 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul temperaturundan isə 1,18 dərəcə yüksək olduğu bildirilib.
"NASA-nın məlumatları, dünya üzrə milyardlarla insanın hiss etdiklərini dəqiq təsdiqləyir, 2023-cü ilin iyul ayındaki temperatur iyulu rekordların ən isti ayına çevirib", - deyə açıqlamada bildirilir.
Bəyanatda qeyd edilib ki, bu ilin iyul ayı həm də qeydlərin aparıldığı 1880-ci ildən bəri ən isti ay kimi tarixə düşüb.