Futbol həvəsi 11 il axtarışda olan fərarinin yaxalamasına səbəb oldu


İllərdir qaçaq yaşayan italyan mafiya məhkumu Vinçenzo La Porta tərəfdarı olduğu "Napoli"nin çempionluğunu qeyd edərkən çəkdirdiyi fotoya ilə yaxalanıb.


İtaliyanın 100 ən təhlükəli fərari siyahısında olan və 11 ildir axtarışda olan Vinçenzo La Porta futbola olan sevgisinə görə ələ keçib.

İllərdir gizlətdiyi kimliyi azarkeşi olduğu “Napoli”nin çempion olduğu bayramda üzə çıxdı.

60 yaşlı La Porta Yunanıstanın Korfu adasındakı bir restoranda şənlik zamanı çəkilmiş fotodan məlum olub.

La Porta "Napoli" şərfi və papağı taxıb.

Yunanıstanda qaçaq həyatı yaşayan La Portanın İtaliyaya ekstradisiya edilərək 14 il həbs cəzası alması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu