“Əyilmiş qüllə” çox əyildiyi üçün bağlanacaq


İtaliyanın şimalındakı Bolonyada "əyilmiş qüllə"nin yerləşdiyi meydan 12-ci əsrə aid tikili həddindən artıq əyildiyi üçün bağlanacaq.



Şəhərin ən mühüm simvollarından sayılan orta əsr Garisenda və Asinelli qüllələri Piazza di Porta Ravegnana meydanında yerləşir.

Bolonya meri Matteo Lepore bildirib ki, Qarisenda qülləsini xilas etmək üçün meydan bir neçə il bağlanmalıdır.

"Biz müdaxilə edirik, çünki qülləni təhlükəsiz etmək və onu bərpa etmək istəyirik" deyə Lepore bildirib.

Tikintisi 1372-ci ildə tamamlanan və 55 metr hündürlüyündə olan Piza qülləsinin mailliyi 3,9 dərəcədir. Qarisenada da 4 dərəcə maililik var.

Qarisendadakı maililik 14-cü əsrdə yerin çökməsi nəticəsində yarandığı güman edilir.

Boloniya Universitetinin alimləri çatlara baxmaq və sürüşməni izləmək üçün qüllədə sensorlar quraşdırıblar. Bundan əlavə, strukturu daha təhlükəsiz etmək üçün yeni materiallarla dəstəklənəcək.

Digər tərəfdən ziyarətçilərin getməsinə icazə verilən Asinelli qülləsi də təhlükəsizlik səbəbi ilə bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu