İnterpolun 16 ildir axtardığı mafiya üzvü pizza aşpazı işləyərkən saxlandı
Beynəlxalq cinayət axtarış sistemi İnterpol 16 ildir axtarışda olan “Ndrangheta” mafiya tipli cinayət təşkilatının üzvü Edqardo Qrekonu (63) saxladıqlarını açıqlayıb.
AFN.az xəbər verir ki, çox təhlükəli mafiya nümayəndəsi olduğu bildirilən Qreko restoranda pizza aşpazı işləyirmiş. Onun saxlanması Məşhur mafiya başçısı Matteo Messina Denaro nəzarətə alınmasından sonra baş tutub. Messinanı da İnterpol saxlayıb. Qreko isə 16 ildir axtarışda imiş.
Mafiya tipli cinayət təşkilatı Ndrangheta üzvü Edqardo Qrekonun Fransada saxlanıldığı açıqlanıb. Grekonun “çox təhlükəli bir qaçaq” olduğunu bildirən İnterpol onun 1990-cı illərdə iki nəfərin qətli və adam öldürməyə cəhddən ömürlük həbs cəzasına məhkum edildiyini vurğulayıb. Qrekonun Fransanın Saint Etienne şəhərindəki bir restoranda pizza aşpazı kimi çalışdığı deyilir.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi, Grekonun həbsinə görə polisi alqışladığı bildirib. Bu təhlükəli cinayətkarların saxlanmasına İnterpolun baş katibi Yurgen Stok da münasibət açıqlayıb. “Xaricdə sakit bir həyat sürməyə çalışsalar da, həmişəlik ədalətdən qaça bilməzlər. Peşəsinə sadiq polis həmişə ədalətin bərqərar olmasını təmin edəcək" - deyə o qeyd edib.