Pakistanda siyasi partiya konqresinə kamikadze hücumu nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb


Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyətinin (JUI-F) konqresini hədəf alan kamikadze hücumunda həyatını itirənlərin sayı 63-ə yüksəlib.


Yerli KİV-in məlumatına görə, iyulun 30-da Hayber-Paxtunxvanın Bacaur bölgəsində JUI-F üzvlərinin konqresə təşkil etdiyi intiharçı hücumda daha 7 nəfərin ağır yaralanmasından sonra ölənlərin sayı 63-ə çatıb.

Səlahiyyətlilər 80 yaralının evə buraxıldığını, 123 yaralının isə müalicə altına alındığını açıqlayıb.

Terror təşkilatı DEAŞ sosial media hesablarından paylaşım edərək hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu