Pakistanda kamikadze hücumları: 25 əsgər ölüb, 27 yaraqlı zərərsizləşdirilib
Pakistanın Hayber Paxtunxva əyalətində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə həyata keçirilən kamikadze hücumu və qarşıdurmada 25 əsgər həyatını itirib, 27 yaraqlı isə zərərsizləşdirilib.
Pakistan ordusundan verilən açıqlamaya görə, səhər saatlarında Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva bölgəsinin Dera İsmayıl Xan bölgəsində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə kamikadze hücumu həyata keçirilib.
Hücumda 23 əsgər həyatını itirib, 6 yaraqlı isə zərərsizləşdirilib.
Bombanın təsirindən bir binanın çökməsi nəticəsində ölənlərin sayının artdığı, yaralananların olduğu bildirilir.
Digər tərəfdən, təhlükəsizlik qüvvələri Dera İsmayıl Xanın Darazinda və Kulaçi qəsəbələrində də silahlılara qarşı əməliyyat keçirib.
Darazində başlayan qarşıdurmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki qarşıdurmada 2 əsgər həyatını itirib, 4 yaraqlı isə zərərsizləşdirilib.
Pakistan ordusu yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat paylaşmayıb.