Sığorta müavinətlərini almaq üçün qızını ac qoyan ana həbs edilib
Yaponiyada qadın qızını qəsdən ac qoymaqda şübhəli bilinərək saxlanıbb. O, xəstəxanaya yerləşdirilərkən qanuni sığorta ödənişlərini almaq üçün səkkiz yaşlı qızını qəsdən ac qoymaqda şübhəli bilinir.
AFN.az xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı qadın 5 il ərzində 39 dəfə qızın qanında qlükoza səviyyəsinin aşağı olması səbəbindən uşağı xəstəxanaya yerləşdirməyə çalışıb və 5,7 milyon yen (40 min dollardan çox) pul alıb.
Qadının cinayətkar davranışını qızın 2023-cü ilin yanvar-fevral aylarında müşahidə edildiyi Daito şəhərindəki xəstəxananın əməkdaşları üzə çıxarıb. Həkimlər valideynin qızını yeməkdən imtina etməyə məcbur etdiyini və ona daha çox yatmağı əmr etdiyini eşidiblər. İstintaqın müəyyən etdiyi kimi, anası xəstəxanaya yerləşdirilməzdən əvvəl qızı ac saxlayıb və vəziyyətini pisləşdirən dərmanlar verib.
Qadın ittihamları rədd edir.