3 yaşlı qızını başmaqla döyərək öldürdü: "Qızımın nəfəs almağa çətinlik çəkdiyini gördükdə..."
3 yaşlı qızını başmaqla döyərək öldürməkdə təqsirli bilinərək saxlanılan qadına ömürlük həbs cəzası verilib.
AFN.az xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində qeydə alınıb. 26 yaşlı Şerife Lülecioğlu 2006-2018-ci illərdə əyləncə məkanında işləyərkən tanış olub münasibətdə olduğu M.G.-dən olan qızı Elif Lülecioğlunu ötən il martın 21-də pişikləri ilə oynayarkən başmaqla ölümcül döyüb.
Şərifə Lülecioğlu qızının aldığı zərbələrdən huşunu itirdiyini anlayınca anası Asiye İ.-yə zəng edərək vəziyyəti izah edib. Evə gələn Asiye İ. nəvəsini qızı ilə birlikdə xəstəxanaya aparıb. Reanimasiya şöbəsində müalicə alan Elif 6 gün sonra dünyasını dəyişib. Nəzarətə alınan Şerife Lülecioğlu həbs olunaraq ədliyyəyə gətirilib.
Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Şerife Lülecioğluna qarşı “özünü fiziki və mənəvi cəhətdən müdafiə edə bilməyən aşağı nəsildən olan uşağı dəhşətli bir hisslə qəsdən öldürmək” ittihamı ilə ağır rejimli cəza müəssisəsində olmaqla ömürlük həbs istənilib.
Ankara 11-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda məhbus şübhəli Şərifə Lülecioğlu hakim qarşısına çıxarılıb. Lülecioğlu ərinin içki və qumar aludəçisi olduğunu iddia edərək, "Həmin gün yoldaşım gəldi, sərxoş idi. Məni hədələdi, dalaşdıq. Sonra əsəb böhranı keçirdim. Özümə gələndə qızım nəfəs almaqda çətinlik çəkdiyini gördüm, anamı çağırdım. Qızımı xəstəxanaya apardıq" - deyib.
Məhkəmə heyəti təqsirləndirilən Şerife Lülecioğlunu "özünü müdafiə edə bilməyən aşağı nəsildən olan uşağı qəsdən öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verib. İclaslarda təqsirləndirilən şəxsin davranışının lehinə ixtisarla azaldılmasının səbəbi qəbul edilərkən, onun cəzası ömürlük həbslə azaldılıb.