“Qalatasaray” SOCAR-ın sponsorluğunu rəsmən açıqladı


Türkiyənin “Qalatasaray” klubu Azərbaycanın SOCAR şirkəti ilə sponsorluq müqaviləsi imzaladığını rəsmən açıqlayıb.


Bu barədə İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Məlumata görə, şirkətlə sponsorluq müqaviləsi 2023/2024-cü il mövsümündən başlayaraq 3 ili əhatə edir.

Müqaviləyə əsasən, UEFA-nın bayrağı altından keçirilən yarışlarda “Qalatasaray”ın formasının sinəsində də SOCAR-ın adı yazılacaq.

Qeyd edək ki, bağlanmış müqavilə ilə bağlı SOCAR da açıqlama yayıb.

“Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü il mövsümündə “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında kişilərdən ibarət futbol komandasının forma sponsoru olub. “SOCAR Türkiyə”, “Qalatasaray” İdman Klubu və “Qalatasaray Sportif A.Ş.” arasında imzalanan müqaviləyə əsasən, “Qalatasaray” futbol komandası 2023 – 2024-cü il mövsümündə UEFA çərçivəsində təşkil olunacaq bütün rəsmi yarışlarda (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək. SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub”, - açıqlamada qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu