Küveytdə meyitlər gecələr dəfn ediləcək


Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib.


Ölkə mətbuatında dərc olunan xəbərlərə görə, meyitlər iyul və avqust aylarında gecə dəfn oluna bilər.

Küveytdə çıxan “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı bildirilib.

Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə dəfnlərin şam və xütbə namazları arasında aparılacağı bildirilib və bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu