Yaponiya Yokota aviabazasını bomba təhlükəsi səbəbindən boşaldıb


Yaponiyanın paytaxtı Tokionun qərbində yerləşən Yokota hava bazası "bomba təhlükəsi" səbəbiylə boşaldılıb.


Qeyd edilib ki, Yokota aviabazasına bomba təhdidi edilib. Bildirişdən sonra aviabazaya giriş-çıxışlar bağlanıb.

Baza şəhərciyindəki bəzi binalardakı zabitlər və ABŞ və Yaponiya mülki işçiləri təxliyə edilib. Təxliyyə çərçivəsində baza şəhərciyində yerləşən 374-cü Hava Hərəkəti Qanadının qərargahı tamamilə boşaldılıb.

Təxminən 3 saat davam edən təhlükəsizlik yoxlamaları nəticəsində bazanın təhlükəsiz şəkildə xidmətə davam edə biləcəyi məlumatı paylaşılıb.

Hərbçilər və mülki şəxslər öz postlarına qayıtdıqları üçün aviabazanın giriş və çıxışları yenidən açılıb.

Yaponiyada təxminən 14.000 əsgər "ABŞ Qüvvələri Yaponiya" (USFJ) birliklərinin qərargahı kimi tanınan Yokota Hava Bazasında yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu