İstanbulda prezident seçkiləri ilə əlaqədar sandıqların hamısı açıldı


İstanbulda prezident seçkiləri ilə bağlı seçki qutularının 100 faizi açılıb.


AFN.az xəbər verir ki, bu barədə Yüksək Seçki Qurumu (YSK) məlumat yayıb. Məlumatda bildirilir ki, İstanbulda qeydiyyatdan keçmiş 11 milyon 367 min 598 seçicidən 10 milyon 291 min 299 nəfəri 30 min 849 seçki qutusunda səs verib. Bu səslərin 140 min 594-ü etibarsız sayılıb.

İstanbulda keçirilən prezident seçkiləri ilə bağlı səslərin bölgüsü belədir:

- Kamal Kılıçdaroğlu 4 milyon 928 min 404 (48,55%)

- Rəcəb Tayyib Ərdoğan 4 milyon 738 min 996 (46,69%)

- Sinan Oğan 457 min 567 (yüzdə 4,51)

- Muharrem İnce 25 min 738 (0,25 faiz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu