Ərdoğan və Kılıçdaroğlu səs verib


Prezidentliyə namizədlər hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səs verib.


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla İstanbulda, Prezidentliyə namizəd Kamal Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğlu Ankarada səs verib.

Prezident Rəcəb Tayyib Ərdoğan səs verdikdən sonra açıqlamalar verib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını təqdim edirik:

"İlk dəfədir ki, ikitərəfli seçkinin şahidi oluruq. Dünya tarixində 90 faizə yaxın seçicinin iştirak etdiyi seçki olmayıb. Ölkəmiz üçün ən yaxşısını arzulayıram".

Prezidentliyə namizəd və CHP sədri Kamal Kılıçdaroğlu da Ankarada Argentina İbtidai məktəbində səs verdikdən sonra açıqlamalar verib.

Kılıçdaroğlu vətəndaşlara müraciət edərək, onları səs verməyə çağırıb:"Bütün vətəndaşlarımız səs versin. Seçki qutusuna sahib çıxın!".

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu