Qlobal ərzaq qiymətləri 1 ildən sonra qalxır


Dünya ərzaq qiymətləri bu il ilk dəfə olaraq aprel ayında artaraq 2022-ci ilin martında Rusiyanın Ukraynaya müdaxiləsi ilə qeydə alınan rekord həddən də 20 faiz bahalaşıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi aprel ayında yenidən işlənmiş 126,5-dən 127,2-yə yüksəlib.

Mart ayı ərzaq qiymətləri indeksi daha əvvəl 126,9 olaraq açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu