Dünyada haker hücumları və rəngli inqilabların arxasında CİA dayanır
Dünya üzrə çoxlu sayda haker hücumlarının və "rəngli inqilabların" arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) durur.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Çinin Milli Kompüter Virusları ilə bağlı Təcili Müdaxilə Mərkəzinin və internet təhlükəsizlik şirkəti "360"-ın hesabatında əksini tapıb. "Mərkəzi Kəşfiyyat İdarəsi uzun müddətdir ki, gizli şəkildə dinc dəyişikliklər və rəngli inqilablar, həmçinin casusluq və informasiya oğurluğu təşkil edir", - deyə hesabatda bildirilir.
Sənəd müəlliflərinin fikrincə, 80-ci illərdə məxməri inqilab, 2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı", Ukraynada "narıncı inqilab", Qırğızıstanda "lalə inqilabı", "ərəb baharı", Ukraynada ikinci rəngli inqilab, Tayvanda "günəbaxanların hərəkatı" - bütün bunlar və daha çoxu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən Amerika kəşfiyyat orqanlarının rəhbərlik etdiyi rəngli inqilabların tipik halları kimi tanınıb.
Bundan əlavə, hesabatda bildirilir ki, ABŞ kəşfiyyat orqanları Belarus, Azərbaycan, Livan, Myanma, İran və s.-də rəngli inqilablar təşkil etməyə çalışıb.